Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

"Tottenhem" səfərdə "Mançester Yunayted"i darmadağın edib

İngiltərə Premyer Liqasının altıncı turunda “Tottenhem” komandası “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib.

TNS xəbər verir ki, görüş Mançesterdə, “Old Trafford” stadionunda baş tutub.

Qalib komandanın qollarını Brennan Conson, Deyan Kulusevski və Dominik Solanke vurub.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes oyunun 42-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.