Azərbaycan taekvondoçuları Albaniyada 14 medal qazanıblar
4
11:18 - 28 Sentyabr 2024
Azərbaycanın yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş “Albaniya Open” turnirində 14 medal qazanıblar.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisi yarışda 5 qızıl, 2 gümüş və 7 bürünc mükafata sahib çıxıb.