Close

İngiltərə klubunun rəsmisi ağır xəstəliyə tutulduğu üçün istefa verib

İngiltərənin "Nyukasl" klubunun baş direktoru Darren İlz ağır xəstəliyə tutulduğu üçün istefa verib.

TNS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı funksionerə xroniki limfositar leykemiya diaqnozu qoyulub. O, yeni varis təyin olunana qədər vəzifəsini icra edəcək.

Qeyd edək ki, D.İlz 2022-ci ildən "Nyukasl"dakı vəzifəsini icra edir. Karyerasına "Vest Bromviç" klubunda hüquq işləri üzrə direktor kimi başlayan funksioner daha sonra İngiltərədə "Tottenhem", Şotlandiyada "Aberdin", ABŞ-də "Atlanta Yunayted"in İdarə Heyətində çalışıb.