Close

Gimnastlarımız dünya çempionatında qızıl medal qazanıblar

Azərbaycan gimnastları Raziyə Seyidli və Ağasif Rəhimov da Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanıb.

TNS xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələyib.

Bu Portuqaliyadakı turnirdə çıxış edən Azərbaycan gimnastlarının ümumilikdə 3-cü qızıl medalı olub. Buna qədər kişi cütlük Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.

Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.