Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub edib

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində "Qarabağ" komandası "Neftçi"ni qəbul edib.

TNS xəbər verir ki, "Azersun Arena"da keçirilən görüşdə Ağdam təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Matçın 18-ci dəqiqəsində "Neftçi"nin heyətində Robert Bauer avtoqol müəllifi olub.

Qarşılaşmanın 29-cu dəqiqəsində Olavio Juninyo hesabda fərqi artırıb.

Görüşün 45+3-cü dəqiqəsində Yassin Benzia top fərqini üçə çatdırıb.

90+1-ci dəqiqədə isə Leandro Andrade adını tabloya yazdırıb.

Bununla da “Qarabağ” 3 xalı 4 cavabsız qolla qazanıb.