Close

23:50
19 Sentyabr 2024

“Bavariya”dan 9 qol buraxdı, istefaya göndərildi

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı məğlub edən “Dinamo” baş məşqçi Sergey Yakiroviçlə bağlı qərar verib.

TNS xəbər verir ki, Zaqreb təmsilçisi bosniyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Dinamo” Çempionlar Liqasının liqa mərhələsinin ilk oyununda səfərdə “Bavariya”ya 2:9 hesabı ilə məğlub olub.