Close

"Fənərbaxça"-"Qalatasaray" derbisinin baş hakimi məlum olub

Super Liqanın 6-cı həftəsində keçiriləcək "Fənərbaxça"-"Qalatasaray" derbisinin baş hakimi bəlli olub.

TNS xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

İstanbul derbisini Atilla Karaoğlan idarə edəcək.

Karaoğlanın köməkçiləri Ceyhun Sesigüzel və Süleyman Özay olacaq.

Qeyd edək ki, "Fənərbaxça"-"Qalatasaray" matçı sentyabrın 21-də "Ülker Stadionu"nda keçiriləcək.