Close

İtaliya millisinin sabiq futbolçusu öldü

İtaliya millisinin sabiq futbolçusu, dünya çempionatının "Qızıl buts" mükafatçısı Salvatore Skillaçi 59 yaşında ölüb.

TNS "Mirror"a istinadən xəbər verir ki, keçmiş hücumçuya xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, millinin "Toto" ləqəbli sabiq üzvü 1990-cı ildə keçirilən dünya çempionatında "Qızıl buts" mükafatına layiq görülmüşdü. O, Almaniya yığmasının çempion olduğu yarışı 6 qolla bombardir kimi başa vurmuşdu.