Close

22:00
18 Sentyabr 2024

Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum olub - YENİLƏNİB

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

TNS-in məlumatına görə, "McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.

"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.

Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər.

Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.

16:15

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.

TNS-in məlumatına görə, 23 yaşlı sürücü 40 dövrədən sonra birinci yerdədir.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:58

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.

TNS-in məlumatına görə, 23 yaşlı sürücü 30 dövrədən sonra birinci yerdədir.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:43

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyi ələ keçirib.

TNS-in məlumatına görə, 23 yaşlı sürücü 20-ci dövrədə buna nail olub.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:20

Bakıda Formula 1 Azərbaycan Qran-prisinin əsas yarışına start verilib.

TNS xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.

Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.