Close

21:58
17 Sentyabr 2024

Messi “Real”da oynaya bilərmiş

Argentina millisinin üzvü Lionel Messi Madrid “Real”ında da çıxış edə bilərmiş.

TNS xəbər verir ki, bunu ulduz futbolçunun ilk agenti Horasio Qaqqoli açıqlayıb.

Onun sözlərinə görə, Messi 16-17 yaşlarında “kral klubu”ndan təklif alıb: “Real” gənc yaşlarında onunla maraqlanırdı. Lakin Leo heç vaxt “Barselona”dan ayrılmaq istəmirdi. “Arsenal”dan da təklif gəlmişdi. Sadəcə, futbolçunun qalmaq qərarı qəti idi”.

Qeyd edək ki, Lionel Messi 2000-ci ildə - 13 yaşında “Barselona” akademiyasına cəlb olunub. 36 yaşlı futbolçu hazırda “İnter Mayami”nin formasını geyinir.