Close

21:58
17 Sentyabr 2024

“Real” onunla müqaviləsini uzadır

“Real” qapıçısı Andrey Luninlə müqavilənin müddətini uzadır.

TNS xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı ukraynalı qapıçının İspaniya klubu ilə hazırkı müqaviləsi gələn ilin yayında bitəcək.

“Real” onunla 2028-ci ilin yayına qədər müqavilə imzalamağa hazırlaşır. 

Qeyd edək ki, Andrey Luninin transfer dəyəri 25 milyon avrodur. O, 2018-ci ildən Madrid klubunda çıxış edir.