Close

21:58
17 Sentyabr 2024

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasında qələbə ilə başlayıb.

TNS-in məlumatına görə, I turda Nikaraqua ilə qarşılaşan idmançılarımız rəqibini 4:0 hesabı ilə üstələyib.

Ülviyyə Fətəliyeva – Mariya Qaranados - 1:0
Gövhər Beydullayeva – Kristiana Martines - 1:0
Xanım Balacayeva – Abigel Kabesas - 1:0
Gülnar Məmmədova – Aleksandra Munyos - 1:0

Qeyd edək ki, kişilərdən ibarət komandamız isə İordaniya ilə qarşılaşır. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.