Close

21:58
17 Sentyabr 2024

Fələstinli futbolçu Qəzza zolağında öldürülüb

Fələstinli futbolçu Həmdi Lubbad Qəzza zolağında öldürülüb.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, idmançı mənzilində olarkən İsrailin raket atəşi nəticəsində həyatını itirib.

Hadisə zamanı futbolçunun həyat yoldaşı və dörd qızı da dünyasını dəyişib.

Qeyd edək ki, H.Lubbad sonuncu dəfə Küveytin “Əl-Yarmuk” klubunda çıxış edib.