Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

“Neftçi” Çempionlar Liqasında ikinci oyunda da məğlub oldu

“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasındanın 1-ci mərhələsində ikinci oyununa çıxıb.

TNS xəbər verir ki, təmsilçimiz Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan Çempionlar yolunun 2-ci qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşıb. Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində qolu 53-cü dəqiqədə Şehriban Dülek vurub.

Qeyd edək ki, “Neftçi” qrupun ilk oyununda Avstriyanın “Sankt-Pölten” (0:5) klubuna məğlub olub.