Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

TNS-in məlumatına görə, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.