Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Çempionlar Liqası: "Birbaşa Bakı" 1/4 finala vəsiqə qazanıb

"Birbaşa Bakı" minifutbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

TNS-in məlumatına görə, komanda 1/8 finalda Azərbaycanın digər təmsilçisi "AzNur"la üz-üzə gəlib.

Qarşılaşma "Birbaşa Bakı"nın minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, daha əvvəl “AzNur” C qrupunu 5 xalla üçüncü pillədə başa vurub. Eyni xalı toplayan “Birbaşa Bakı” isə E qrupunda lider olub.