Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Paris-2024: Lamiyə Vəliyeva gümüş medal qazanıb

Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

TNS xəbər verir ki, o, 400 metr məsafəyə qaçışda finiş xəttini ikinci keçərək gümüş medala sahib çıxıb.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı səkkizə (3 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.

Qeyd edək ki, L.Vəliyeva 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olub.