Close

"Barselona" 7 qolla qalib gəldi

İspaniya La Liqasında IV tura start verilib.

TNS xəbər verir ki, çempionluq mübarizəsi aparan "Barselona" doğma meydanda “Valyadolid”i qəbul edib. Görüş ev sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda "Barselona" 12 xalla turnir cədvəlinə başçılıq edir.