Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
12
20:11 - 31 Avqust 2024
Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
TNS-in məlumatına görə, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.
Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.
Əlaqəli xəbərlər
19:52
14 Sentyabr 2024