Close

Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçiləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında iki bürünc medal qazanıb.

TNS xəbər verir ki, Hüseyn Hüseynov (55 kq) və Muxamed Qantemirov (110 kq) yarışda üçüncü yeri tutub.

Hüseynov bürünc medal uğrunda yarışda ermənistanlı Qaqik Qazaryana, Qantemirov isə gürcüstanlı Qiqiya Lukunidze qalib gələrək fəxri kürsünün üçüncü pilləsimə qalxıb.