Close

"Qarabağ" öz meydanında məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

TNS xəbər verir ki, günün ilk görüşündə “Qarabağ” doğma meydanında “Turan Tovuz”u qəbul edib. “Azersun Arena”da baş tutan matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tovuz təmsilçisinin heyətində 18-ci dəqiqədə Otto Con penaltini dəqiq yerinə yetirib.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ın qonağı olub. “Live Bona Dea Arena”da təşkil olunan oyunda hesab açılmayıb.

Qeyd edək ki, turun açılış matçında “Səbail” “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlib.