Close

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB

"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya" ilə qarşılaşıb.

TNS xəbər verir ki, GSP stadionunda baş tutan matç meydan sahibləri böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

22:30

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda altıncı qol vurulub.

TNS xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 6:0.

70-cı dəqiqədə Vili Semedo dubl müəllifi olub.

22:19

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda beşinci qol vurulub.

TNS xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.

60-cı dəqiqədə Evandro fərqlənib.

22:14

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda dördüncü qol vurulub.

TNS xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.

54-cü dəqiqədə Mariuş Stepinsk dubl müəllifi olub.

22:04

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda ikinci hissə başlayıb.

TNS xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri hesabda öndədirlər - 3:0.

Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.

21:48

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında üçüncü qol vurulub və ilk hissə başa çatıb.

TNS xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti qolu vurublar - 3:0.

45+1-ci dəqiqədə Mariuş Stepinski fərqlənib.

21:35

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında ikinci qol vurulub.

TNS xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti dəfə fərqlənib - 2:0.

34-cü dəqiqədə Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib.

21:15

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçənda hesab açılıb.

TNS xəbər verir ki, GSP stadionundakı matçda meydan sahibləri hesabda önə çıxıb.

14-cü dəqiqədə Amin Xammas fərqlənib.

21:00

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçı start götürüb.

TNS xəbər verir ki, tərəflər arasında ilk qarşılaşma GSP stadionunda keçirilir.

Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.