Close

"Napoli" braziliyalı futbolçunun keçidini açıqlayıb

İtaliyanın "Napoli" kollektivi Portuqalya klubu "Benfika"nın hücumçusu David Neresi transfer etdiyini açıqlayıb.

TNS xəbər verir ki, bu keçid A Seriyası təmsilçisinə 28 milyon avroya başa gəlib.

Braziliyalı futbolçu yeni komandası ilə 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Neres lissabonluların heyətində 35 oyuna çıxıb, 5 qol vurub.