Close

"Mançester Yunayted" ispaniyalı futbolçusunu transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu hazırda azad agent olan Markos Alonsonu heyətinə qatmaq istəyir.

TNS xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

“Qırmızı şeytanlar” 33 yaşlı ispaniyalı cinah müdafiəçisi ilə yanaşı Niderlandın "Feyenoord" klubunda çıxış edən David Hançko və "Kristal Pelas"dan Tayrik Mitçellə də maraqlanır.

Qeyd edək ki, son olaraq İspaniyada "Barselona"da çıxış edən Alonso İngiltərədə "Çelsi"nin də formasını geyinir.