Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

İraqlı idmançı dopinqə görə Olimpiadadan uzaqlaşdırıldı

İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb.

TNS xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

İyulun 23-də cüdoçudan götürülən dopinq testinin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

İdmançı, həmçinin B nümunəsinin nəticələrini də tələb etmək hüququna malikdir.

Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris Olimpiadası avqustun 11-də başa çatacaq.