Close

Konfrans Liqası: "Sabah" səfərdə "Makkabi"ni 3:0 məğlub edib

Azərbaycanın "Sabah" futbol klubu bu gün Konfrans Liqasında mübarizəyə başlayıb.

TNS xəbər verir ki, "Sabah" II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gəlib.

Macarıstandakı "Varkert" stadionunda baş tutan qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bayquşların" heyətində 61-ci dəqiqədə Safranko hesabı açıb. 78-ci dəqiqədə Jesse Sekidika "Sabah"ın üstünlüyünü iki topa çatdırıb. Yekun hesabı isə 88-ci dəqiqədə adını tabloya yazdıran Xəyal Əliyev müəyyənləçdirib.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.