Close

Danimarka millisinin baş məşqçisi istefa verib

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann istefa verib.

TNS xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Danimarka millisi Kasper Yulmannın rəhbərliyi ilə son Avropa çempionatında ev sahibi Almaniya seçməsinə 1/8 finalda uduzaraq mübarizəni dayandırmışdı.

Qeyd edək ki, 52 yaşlı məşqçi 2020-ci ildən Danirmarka yığmasına başçılıq edirdi.