Tanınmış idmançı 27 yaşında vəfat etdi - FOTO
39
22:09 - 16 İyul 2024
Azərbaycanda cüdo məşqçisi Murad Heydərli vəfat edib.
TNS-in məlumatına görə, gənc mütəxəssis beyin xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, 27 yaşlı M.Heydərli Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi kimi çalışırdı. Tanınmış idmançı karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı.