Close

Avro-2024: Niderland Türkiyəni məğlub edərək yarımfinala yüksəlib - YENİLƏNİB

Avro-2024-ün 1/4 final mərhələsinə bu gün yekun vurulub.

TNS xəbər verir ki, sonuncu yarımfinalçı Berlində bəlli olub.

Qardaş Türkiyə yığması Niderlandla görüşüb. “Ay-ulduzlular” Sametin qolu ilə fasiləyə üstün yollansalar da, ikinci hissədə "narıncılar" oyunun axarını öz xeyirlərinə dəyişə biliblər.

Oyunun 70-ci dəqiqəsində Stefan De Fray qarşılaşmada tarazlığı bərpa edib.

6 dəqiqə sonra Mert Müldür topu öz qapısına göndərib.

Bununla da Niderland millisi Avropa çempionatının yarımfinalına yüksəlib.

00:38

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması hesabda önə çıxıb.

TNS xəbər verir ki, Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.

Türkiyə yığmasından 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

00:02

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində Niderland və Türkiyə milli komandaları qarşılaşır.

TNS xəbər verir ki, oyunda hesab 35-ci dəqiqədə açılıb.

Arda Gülerin ötürməsini Samet Akaydın qola çevirib.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.