Close

Avro-2024: İngiltərə İsveçrəni məğlub edərək yarımfinal mərhələsinə yüksəlib

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib.

TNS xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada oyunun əsas hissəsi sülhlə başa çatıb.

Qarşılaşmanın 75-ci dəqiqəsində Brel Embolo İsveçrə millisini önə çıxarsa da, 80-ci dəqiqədə Bukayo Saka cavab qolunu vuraraq tarazlığı bərpa edib.

Oyuna əlavə olunmuş 30 dəqiqədə komandalar fərqlənə bilməyib.

Baş tutan penalti seriyasında isə İngiltərə yığması rəqiblərindən üstün olub.