Close

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirin finalına yüksəlib

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində finala yüksəlib.

TNS Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda braziliyalı rəqibini məğlub edib.

S.Zeynalov yarımfinalda cənubi koreyalı idmançıdan üstün olub.