Close

“Neftçi” Mark Tamaşla bağlı bəyanat yayıb

“Neftçi” klubu futbolçusu Mark Tamaşla bağlı bəyanat yayıb.

TNS xəbər verir ki, macarıstanlı müdafiəçi ölkəsinin “Fehervar” klubunun rəsmi saytına açıqlama verib.

Həmin müsahibədə oyunçunun sözlərinin yanlış anlaşıldığı və “Fehervar” komandası Markın o sözləri demək istəmədiyini bildirib.

Paytaxt klubu baş verənlərə görə təəssüfləndiklərini söyləyib.

Qeyd edək ki, sözügedən müsahibədə M.Tamaşın "Neftçi"nin Azərbaycanda "Qarabağ"dan sonra ikinci böyük klub olması ilə bağlı sözləri yer almışdı.