Close

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının qalibi olub

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının qızıl medalını qazanıb.

TNS xəbər verir ki, 59 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçilərimizdən Elvina Kərimzadə (50 kq) və Nərgiz Səmədova (55 kq) isə yarışı mükafatsız başa vurub.