Close

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Ötən mövsüm “Gəncə”də çıxış etmiş Olqa Zaxarovanın yeni klubu məlum olub.

TNS xəbər verir ki, rusiyalı voleybolçu karyerasını ölkəsində davam etdirəcək. O, “Amurskie Tiqritsı” komandasına keçib.

Onunla 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Olqa Zaxarova ötən ilin yayında “Gəncə” klubuna keçmişdi.