Close

Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan keçirəcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Federasiyadan TNS-ə verilən məlumata görə, imtahanda 7 yaşdan yuxarı, cüdo ilə məşğul olan hər bir idmançı iştirak edə blər. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

Qeyd edək ki, imtahan iyulun 9-da cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) keçiriləcək.