Close

44 yaşında transfer olundu

İspaniya millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Daniel Quizanın yeni klubu müəyyənləşib.

TNS xəbər verir ki, 44 yaşlı forvard İspaniyanın üçüncü liqasında çıxış edən “UD Rotena” klubu ilə bir illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Avropa çempionu futbolçu karyerasında 17 klubda çıxış edib. O, 2011-ci ildə “Fənərbaxça”dan  “Xetafe”yə keçib, ardınca Malaziya və Paraqvaq klublarında çıxış edib.