Mişi Batşuayinin "Qalatasaray"a keçidi rəsmiləşib
9
21:04 - 01 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/1/d4e94590-4919-3a5f-8538-73785b81ece3_850.jpg)
Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mişi Batşuayi "Qalatasaray"a keçib.
TNS xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 2021/2022 mövsümündə icarə əsasında "Beşiktaş"ın formasını geyinən oyunçu 2022-ci ildən "Fənərbağça"nın uğurları üçün çalışıb.