Close

19:23
02 İyul 2024

Azərbaycan güləşçiləri Rusiyada daha 3 medal qazanıb

Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha üç medal qazanıb.

Güləş Federasiyasından TNS-ə verilən məlumata görə, U-15 yaş qrupu üzrə baş tutan yarışlarda Hüseyn Rzazadə (38 kq) gümüş, Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı (75 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında güləş yarışları iyulun 2-dək davam edəcək.