Avro-2024 - İlk 1/4 finalçı bəlli olub
11
22:00 - 29 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/29/1d7d78b3-71cb-3f64-8cdc-708e63503113_850.jpg)
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başa çatıb.
TNS xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə Ruben Varqas yekun hesabı təyin edib.
Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.