Close

11:10
02 İyul 2024

Amerika Kuboku: Argentina Peruya, Kanada Çiliyə qarşı

Amerika Kubokunun qrup mərhələsinin son turuna Argentina Peru, Kanada Çili görüşü ilə start veriləcək.

TNS xəbər verir ki, son dünya çempionu Argentina millisi bu dəfə Peru seçməsini sınağa çəkəcək. Gərgin mübarizə vəd edən görüşü Sesar Arturo Ramosun başçılığı ilə meksikalı hakimlər briqadası idarə edəcək. Komandaların heyətində itkilər var. Argentinadan Lionel Messi və Markos Akuna görüşü buraxmalı olacaqlar. Peruda isə Miqel Arauxo cəza səbəbindən komandasına kömək edə bilməyəcək.

Gecənin digər maraqlı görüşündə isə Kanada ilə Çili üz-üzə gələcək. Növbəti mərhələyə adlamaq uğrunda mübarizə aparan komandaların qarşıdurmasını isə Vilmar Rolidanın başçılığı ilə kolumbiyalı hakimlər briqadası idarə edəcək. Rəqiblərin heyətində itkilər yoxdur.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

30 iyun

A qrupu

Argentina - Peru

Saat 04:00, "Hard Rock Stadium"

 

Kanada - Çili

Saat 04:00, "Inter&Co Stadium"