Close

Zlatko Daliç Səudiyyə Ərəbistanı klubundan 20 milyonluq təklif alıb

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan təklif alıb.

TNS "Večernji list"ə istinadən xəbər verir ki, mütəxəssisə illik 20 milyon avro təklif olunub.

Ancaq tərəflər hələlik danışıqlara başlamayıb. “Əl-İttihad” klubu mövsüm ərzində 24 milyon dollar qazanan hazırkı baş məşqçi Marselo Qalyardo ilə müqaviləni ləğv edəcək.

Qeyd edək ki, Z.Daliçin rəhbərlik etdiyi Xorvatiya millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəni dayandırıb. Buna baxmayaraq, məşqçi 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər vəzifəsində qalmaqda qərarlıdır. Xorvatiya Futbol Federasiyasının prezidenti Maryan Kustiç də Z.Daliçlə razılığa gəldiklərini təsdiqləyib.