Azərbaycan gimnastları Nissen Kubokuna qatılıblar
10
12:42 - 28 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/28/956b86d2-0ca5-3146-9e1c-4a64e23ba335_850.jpg)
Azərbaycan idmançıları İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen Kubokuna qatılıblar.
Azərbaycan Gimnastika Federasiyasından TNS-ə verilən məlumata görə, yarışda məşqçi Abdulla Qasımovun rəhbərliyi altında 4 gimnast - Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova və Samirə Hüseynova iştirak edir.
Qeyd edək ki, Nissen Kuboku iyunun 29-da başa çatacaq.