Close

Şahruddin Məhəmmədəliyev Türkiyə klubu ilə vidalaşıb

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Dəmirspor" klubu ilə vidalaşıb.

TNS xəbər verir ki, qolkiper bu barədə "instagram" hesabında paylaşım edib.

O, "Hər şey üçün təşəkkürlər, Adana" yazıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev ötən ilin yayında Türkiyə klubuna keçmişdi.