AVRO-2024: Belçika E qrupunu ikinci tamamlayıb
6
22:23 - 26 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/26/934847fc-4f4c-3a69-8a6e-fbedbe635bfc_850.jpg)
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Ukrayna - Belçika görüşü başa çatıb.
TNS xəbər verir ki, Ştutqartdakl "MHP Arena"da keçirilən matçda hesab açılmayıb.
Bu nəticədən sonra hər iki komanda xallarının sayını 4-ə çatdırsa da, top fərqində üstün olan Belçika qrupu ikinci sırada tamamlayaraq 1/8 finala vəsiqə qazanıb.
Belçikanın növbəti mərhələdəki rəqibi Fransa olacaq.