Amerika Kubokunda II turun oyunlarına start verilib
7
09:16 - 26 İyun 2024
Futbol üzrə Amerika Kubokunda II turun oyunlarına start verilib.
TNS-in məlumatına görə, ABŞ-də təşkil olunan turnirin A qrupunun görüşləri çərçivəsində Peru yığması ilə qarşılaşan Kanada 1:0 hesablı qələbə qazanıb.
Qrupun digər matçında isə Argentina millisi Çili üzərində eyni hesabla qalib gəlib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq. Son olaraq Argentina yığması 2021-ci ildə turnirin qalibi olub.