Close

09:10
29 İyun 2024

Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya millisinin hücumçusu Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb.

TNS "Goal"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu həmyerlisi, vaxtilə yığmada və Fransanın PSJ klubunda bir yerdə oynadığı Tyaqu Silvanı fərqləndirib.

39 yaşlı T.Silva hələ də karyerasını davam etdirir. Müdafiəçi mövsümün sonunda İngiltərə təmsilçisi "Çelsi"dən ayrılaraq "Fluminense"yə (Braziliya) keçib. O, Avropada "Milan", PSJ və "Çelsi" klublarının formasını geyinib.