Close

Ronaldo Avro-2024-də daha bir rekord qırdı

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo 2024-cü il Avropa Futbol Çempionatında növbəti rekorda imza atıb.

TNS xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb.

Forvardın komandası qrup mərhələsinin 2-ci tur matçında Türkiyə millisi ilə qarşılaşıb. Bu oyun onun qitə çempionatlarında ardıcıl 19-cu oyunu olub. Portuqaliyalı italiyalı Leandro Bonuççinin 18 matçlıq rekordunu geridə qoymağı bacarıb.

Bundan əvvəl Ronaldo Avropa çempionatında iştirak sayına görə rekorda imza atmışdı. Bu turnir onun karyerasında altıncı olub.