Close

Çexiya millisi debütantla bacarmadı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının F qrupunda ikinci turun ilk oyunu keçirilib.

TNS xəbər verir ki, birinci turda məğlub olan Gürcüstan və Çexiya yığmalarının görüşündə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 45+4-cü dəqiqədə gürcülər açıblar. Jorj Mikautadze penaltini dəqiq yerinə yetirib. Çexiyalıların bərabərlik qolunu isə 59-cu dəqiqədə Patrik Şik vurub.

Bu nəticədən sonra hərəyə 1 xalı olan Çexiya və Gürcüstan yığmaları müvafiq olaraq, qrupda 3-4-cü yerləri bölüşdürür. Bu, Avropa çempionatında debüt edən Gürcüstan millisinin turnirdə ilk xalı olub.