Daha bir klub baş məşqçisi ilə yollarını ayırdı
49
21:35 - 02 İyun 2024

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şamaxı" komandası baş məşqçisi Ramiz Məmmədovla yollarını ayırıb.
TNS xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Qərar klubun İdarə Heyətinin iclasında qəbul edilib.
R.Məmmədov "Şamaxı"da İdarə Heyətinin sədr müavini kimi vəzifəsini davam etdirəcək.