Daha bir klub baş məşqçisi ilə yollarını ayırdı
23
23:01 - 12 Mart 2024

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri istefa verib.
TNS xəbər verir ki, bu barədə insayderlər Canluka Di Martsio və Fabritsio Romano məlumat verib.
Mütəxəssis qərarı barədə rəhbərliyi məlumatlandırıb, klubun cavabı hələ ki, məlum deyil.
Di Martsionun sözlərinə görə, Sarrini “Latsio”nun baş məşqçisi postunda Tommaso Rokçini əvəz edə bilər.
“Latsio” A Seriyasında 28 turdan sonra turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.